Ana Sayfa > Xəbər > “Ülkər İsayevanın videosundan görünür ki, orada cinayət var”
“Ülkər İsayevanın videosundan görünür ki, orada cinayət var”27-05-2015, 16:33. Yazar: admin |
“Ülkər İsayevanın döyülməsi iddia olunan videoda cinayət əməli var”. Bu fikri Hafta.az-a açıqlamasında "Viza" hüquq şirkətinin rəhbəri, vəkil Aslan İsmayılov deyib: “Videodan cinayət əməli görünür. Ancaq hər şey məhkəmənin qərarından asılıdır. O işlə tanış olub, sonra konkret fikir bildirmək olar. Kimisə buraxmaq o demək deyil ki, həmin adam günahsızdır. Ola bilər ki, şəxsi məhkum ediblər”. Qeyd edək ki, yayılan məlumata görə, İsayevlər ailəsi Məmmədovlar ailəsindən növbəti şikayəti etmədiklərinə görə, saxlanılan Zaur Məmmədov azadlığa buraxılıb. Xatırladaq ki, Ü.İsayeva martın 8-dən 9-na keçən gecə tanışları - Zaur və Elin Məmmədov qardaşları tərəfindən ictimai yerdə zorakılığa məruz qalıb. Hadisə Səbail rayonu ərazisində – Azadlıq prospekti ilə Üzeyir Hacıbəyov küçəsinin kəsişməsində baş verib. Rektor qızı video-görüntüdə özü olduğunu təsdiqləyib. H.İsaxanlı isə kadrlarda Katya adlı bir qızın olduğunu iddia edib. Geri dön |