Ana Sayfa > Xəbər > Putin "demokratiya paytaxtları"nın qüdrətli imicini necə darmadağın etdi...
Putin "demokratiya paytaxtları"nın qüdrətli imicini necə darmadağın etdi...27-05-2015, 14:09. Yazar: admin |
Azərbaycan Rusiya ilə məsafə saxlamağa çalışır. Bu ölkə ilə ifrat yaxınlıq müsbət perspektiv vəd etmir. Rusiyanın Ukrayna ərazilərini işğal etməsi MDB məkanını qorxu və vahimə altında saxlayır. Hətta ərazi və əhalisinin sayı Ukraynadan qat-qat kiçik olan Baltikyanı ölkələr də rus əsgərinin hücumunu qorxu içində gözləyirlər. Bu baxımdan, “şimal təhlükəsi” Azərbaycan üçün də aktualdır. Məsələ ondadır ki, artıq dünya üçün süni şəkildə şişirdilən “islam terroru” deyil, günü - gündən bir reallığa çevrilən rus işğalı təhlükəlidir. Putin ABŞ-a dünyanın yenidən bölüşdürülməsini təklif edir. “Axsaq ördək” sadəlövhcəsinə düşünür ki, ruslarla “centlmen sazişi” imzalamaq, dünyaya nəzarət planında dil tapmaq mümkündür. Bakı maraqları çərçivəsində addımlar atır. Lakin dərk edir ki, ruslar hər an Azərbaycana da daxil ola bilərlər. Xəzər vasitəsilə, Dağlıq Qarabağ ərazilərindən, ölkənin şimalından, havadan, qurudan, ağlına gəldiyi hər yerdən ölkəmizə hərbi müdaxilə edə bilərlər. “Demokratiya paytaxtları” isə “rus ayısı”nın qarşısında acizlik nümayiş etdirir, guya iqtisadi sanksiyalarla Kremlin ağzını qaytarmağa çalışırlar. Putindən məntiqi addımlar gözləmək mümkün deyil. Ötən əsrin 40-cı illərində Rusiya kimi nəhəng ərazini işğal edəcəyini düşünən Hitlerlə SSRİ-ni bərpa etmək istəyən Putin arasında heç bir fərq yoxdur. Putin rus şovinizminin bir simvoludur. Bu xəstə siyasətçiyə qarşı mübarizədə yalnız bir metod mövcuddur - güc nümayişi. Onlarla şəhərin rus çəkmələrinin altında qalmasının qarşısını yalnız güc nümayişi ilə almaq mümkündür. Dünyanı işğalla hədələyən, xalqlar və ölkələr üçün terror beşiyi olan Moskvanı cəzalandırmaq zamanın tələbidir. Ukraynada rus ordusunun qarşısında NATO qoşunları dayansaydı, bu boyda rəzalət də yaşanmazdı. Prinsip etibarilə, Putin demokratik sivilizasiyanın sonunu yaxınlaşdırır. Qərbin bu dərəcədə qorxaq qiyafəyə bürünməsi “demokratiya paytaxtları”nın qüdrətli imicini də darmadağın edir. Putin tarixin sonunu yaxınlaşdırır. Özünü qorxunc Rusiya çarı kimi təqdim edən Putin yeni tarix yaradır. Bu tarixdə zəiflərə yer qalmır. Güclü zəifi əzir, məhv edir. Putin qana susayıb. Terror, işğal onun üçün bir həyat normasına, bir mövcudluq tərzinə çevrilib. Rusiyanın son addımları heç bir hüquq norması ilə bir araya sığmır. Bu ölkə terror həyata keçirən bir dövlətə çevrilib. Terrorçu ilə danışmağın yolu yalnız zora qarşı zorla çıxış etməkdir. Kreml elə düşünür ki, daha zəif qonşularını daha tez əzə bilər. Azərbaycan vətəndaşları heç bir halda rus işğalını müqavimətsiz qarşılaya bilməzlər. 20 Yanvar şəhidlərinin qisası hələ də alınmayıb. Növbəti rus işğalına seyrçi qala bilmərik.Bu gün dünyanı terrorla hədələyən Rusiyanın nüvə silahına malik olması hər kəs üçün təhlükə mənbəyidir. Putin nüvə silahına güvənərək, hər kəsi əzmək istəyir. İraqı guya nüvə silahı olduğunu görə cəzalandıran Qərb yaxşı olardı ki, Putini “nüvə çantası”ndan məhrum etmək barədə düşünərdi. Əks təqdirdə, dünya özü yox olacaq. Putin Rusiyasını durdurmaq zamanı çoxdan çatıb. avropa.info Geri dön |