Ana Sayfa > Xəbər > Azərbaycanlı oliqarx arıqlamağa 30 min xərclədi
Azərbaycanlı oliqarx arıqlamağa 30 min xərclədi27-05-2015, 13:49. Yazar: admin |
Azərbaycanlı iş adamı Rza Zərrab əməliyyat olunub. Türkiyədə çirkli pulların yuyulması və rüşvət ittihamlarından bəraət alan oliqarx indi artıq çəkidən azad olunmaq üçün böyük pullar xərcləyib. Axar.az-ın xəbərinə görə, Zərrab evini əməliyyat otağına çevirib və tibbi personal villasına təşrif buyurub. İdmanla artıq kilolardan tez bir vaxtda qurtula bilməyəcəyini anlayan iş adamı Kanlıca bölgəsindəki evinə həkim çağırıb. Həkim “Vaser Liposuction” aparatı ilə onu artıq piylərdən azad edib. Bunun üçün 65 min lirə (təqribən 30 min manat) pul xərcləyib. Biznesmenin müğənni həyat yoldaşı Əbru Gündeş da eyni üsulla üzündə əməliyyat etdirmişdi deyə, ərinə bu yolu məsləhət görüb. Geri dön |