Ana Sayfa > Xəbər > “Kapital Bank” ASC yenidən dividendləri elan edib

“Kapital Bank” ASC yenidən dividendləri elan edib


27-05-2015, 13:08. Yazar: admin
“Kapital Bank” ASC yenidən dividendləri elan edib
Kapital Bank” ASC səhmdarlarının bügünkü ümumi yığıncağında 2014-cü ildəki 65 mln 891 min manat xalis mənfəəti divedend ödənişinə yönəltmək qərara alınıb, deyə bankın İH-də Turan-a bildiriblər.

Hər səhmə 4,39 manat (dividend vergisi nəzərə alınmadan) hesablanıb. Bu, 2013-cü ildəkindən 3,4 dəfə çoxdur və səhmlərin nominal qiymətinin 35%-dir.

Ümumi yığıncaqda həmçinin bankın ötən il üçün illik hesabatı təsdiq edilib.

“Kapital Bank” ASC-nin nizamnamə kapitalı 185 mln 850 min manatdır. Dövriyyədə nominalı 12,39 manat olan 15 mln səhm var.

Bank “Pasha Holding” qrupuna məxsusdur (99,87%). Səhmdarlar sırasında 170 fiziki şəxs də var.

Geri dön