Ana Sayfa > Xəbər > Hacı İbrahimin qardaşı ağzından söz qaçırdı

Hacı İbrahimin qardaşı ağzından söz qaçırdı


27-05-2015, 12:12. Yazar: admin
Hacı İbrahimin qardaşı ağzından söz qaçırdı
“Avesta” konserninin rəhbəri Hacı İbrahim Nehrəmlinin götürdüyü kredit öhdəliyini qaytarmaması səbəbindən həbs olunması barədə xəbəri qardaşı, ATV-nin keçmiş vitse-prezidenti Natiq İbrahimov təkzib edib.

Vertikal.az xəbər verir ki, azvizon.az-a geniş müsahibəsində Hacı İbrahimin həbs edildiyi barədə “Khazar İslands” layihəsinin rəhbəri Qurban Əhmədovun mediaya dediklərinə qarşı çıxıb: “Biz Hacının 12 gündür ki, həbsdə olduğunu söyləyən Qurban Əhmədovu tanımırıq. O, kimdir ki, Hacı İbrahim haqda danışır? Hacının özünün mobil telefonu var. Kim istəsə, ona zəng vurub, özü ilə danışa bilər”.

“Bakının yarısını” Hacı İbrahimin tikdiyini və bununla da böyük əmlaka sahib olduğunu deyən N.İbrahimov elə bu məqamda maraqlı ifadə işlədib: “O (Hacı İbrahim – red.) özü çıxıb, bütün dəqiq məlumatları açıqlayacaq”. Natiq İbrahimovun burada işlətdiyi “özü çıxıb” ifadəsi diqqət çəkib və müəyyən şübhələrə yol açıb.

Xatırladaq ki, Hacı İbrahimin sahibi olduğu “Khazar İslands” layihəsinin rəhbəri Qurban Əhmədov nüfuzlu iş adamının mayın 12-si saat 13:00-dan etibarən DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin müvəqqəti saxlanma təcridxanasında saxlanıldığını açıqlayıb və onun azad olunması xəbərini təkzib edib.

Geri dön