Ana Sayfa > Xəbər > Əcaib ailə: ər bakirə arvadına kişi axtarır (FOTOLAR)

Əcaib ailə: ər bakirə arvadına kişi axtarır (FOTOLAR)


14-03-2015, 11:25. Yazar: admin
Əcaib ailə: ər bakirə arvadına kişi axtarır (FOTOLAR)
"Bəziləri, daha doğrusu, çoxları bizi qeyri-adi ər-arvad sayırlar. Ola bilər - rutinləşmiş, qaydalara və ənənələrə əsir olmuş düşüncə bizi normal qəbul edə bilmir. Amma nə edək, biz də beləyik və həyatımızdan da narazı deyilik".

Endryu və Erika Holloueylər dünyanın ən qəribə, daha doğrusu, bir qədər əcaib izdivacında olan kişi ilə qadın sayıla bilərlər.
30 yaşlı Erika ərini ideal kişi sayır. Amma 2012-ci ildən bəri nikahda olduğu ərindən övladı yoxdur.
Çünki Erika bakirədir.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, kompüter və informasiya texnologiyaları üzrə mütəxəssis Endryu evlənəndən bəri onlarla qadınla cinsi əlaqədə olsa da, həmin qadınlar arasında arvadı yoxdur.

Əksinə, Erika ərinin başqa qadınlarla "eşq"ini normal sayır. O, hətta əri üçün elan saytlarında əxlaqsız qadınlar da arayır.
Avstraliyanın Melburn şəhərində yaşayan Endryu və Erikanın dediklərinə görə, onların cinsi əlaqəyə girmək niyyətləri yoxdur.
Endryu arvadı üçün kişi axtarır.

"Mənim başqa qadınlarla əlaqələrimə arvadım normal baxır. Ondan çox razıyam. Minnətdarlıq nişanəsi olaraq mən də arvadıma onun bəyənəcəyi kişi tapmaq istəyirəm. Qoy o da həyatdan ləzzət alsın. Belə davranış qarşılıqlı xəyanət deyil. Arvadım məni sevir və bilirəm ki, həmişə də sevəcək. Onun ürəyi mənimlədirsə, bədəninin kimin yanında olması nə fərq edər ki?! - Endryu deyib.

2012-ci ilin oktyabrın 27-də Endryuya ərə getmiş Erika Holloueyin dediyinə görə, əri ilə cinsi əlaqədə olmaq istəmir.

"Onu çox sevirəm. Amma Endryu ilə seks istəmirəm. Ümumiyyətlə, cinsi əlaqəyə nifrət edirəm. Ağır sindromdur, anormallıqdır. Amma həqiqətdir. Endryu kişidir və təbii ki, orqanizminin tələbatı var. Bu səbəbdən Endryunun başqa qadınlarla əlaqələrinə normal baxıram. Hətta özüm internetdə axtarış aparıb onun üçün bir gecəlik qadınların xidmətlərini sifariş verirəm", - Erika söyləyib.

Əcaib ailə: ər bakirə arvadına kişi axtarır (FOTOLAR)
Əcaib ailə: ər bakirə arvadına kişi axtarır (FOTOLAR)
Əcaib ailə: ər bakirə arvadına kişi axtarır (FOTOLAR)
Əcaib ailə: ər bakirə arvadına kişi axtarır (FOTOLAR)

Geri dön