Ana Sayfa > Xəbər > Nazirlikdən yanğından zərərçəkənlərə jest

Nazirlikdən yanğından zərərçəkənlərə jest


26-05-2015, 12:56. Yazar: admin
Nazirlikdən yanğından zərərçəkənlərə jest
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərpoçt” MMC-nin 6 saylı Poçt Filialı tərəfindən Bakının Binəqədi rayonunda çoxmərtəbəli binadakı yanğında zərərçəkənlərə səyyar poçt xidməti göstərilib. Nazirlikdən Axar.az-a verilən məlimata görə, modernləşdirilmiş avtomobil vasitəsi ilə təqdim edilən mobil poçt xidmətindən yanmış binanın sakinlərinə teleqramların ötürülməsi, məktub və banderolların qəbul edilib yola salınması kimi bütün poçt xidmətləri təqdim edilib. Bundan başqa “Mobil Xidmət” vasitəsilə bina sakinləri poçt xidmətlərindən başqa maliyyə xidmətlərindən də rahat istifadə edə biliblər. Bu məqsədlə nəqliyyat vasitəsində POS-terminal quraşdırılıb, kompüterlə təchiz edilib, sistem avadanlıqları şəbəkəyə qoşulub. Qeyd edək ki, “Azərpoçt” MMC-nin xüsusi təyinatlı mobil xidmət avtomobillərinin fövqəladə hallar zamanı, poçt xidmətlərinin istifadəsinin mümkün olmadığı şəraitdə fəaliyyəti nəzərdə tutulub. Belə bir xidmət Kür daşqınları zamanı fövqəladə vəziyyətin hökm sürdüyü yaşayış məntəqələrində təqdim edilmişdi. - See more at: http://axar.az/news/53352#sthash.S1HWic3Q.dpuf

Geri dön