Ana Sayfa > Xəbər > “Baku Electronics”dən şikayət var
“Baku Electronics”dən şikayət var14-03-2015, 11:17. Yazar: admin |
Vətəndaşların müxtəlif şirkətlər tərəfindən aldadılması barədə mətbuatda tez-tez yazılar dərc olunur. Belə şirkətlərdən biri “Samsung” şirkətinin rəsmi distribütoru “Baku Electronics”şirkətidir. “Baku Electronics” şirkətinin şəxsən mənim özümü necə aldatmasını bölüşməkdə məqsədim vətəndaşlarımızı ayıq-sayıq etməkdir. Fevral ayının 15-də “Baku Electronics” şirkətinin saytında bir reklamla rastlaşdım. Reklamda bildirilirdi ki, ilkin ödənişsiz, faizsiz, 15 aylıq kreditlə yalnız onlayn üsulla müxtəlif avadanlıqlar kreditə verilir. Reklamdakı şərtlər məni qane elədiyi üçün mobil telefon sifariş vermək qərarına gəldim. Saytdakı şərtlərdə göstərilirdi ki, Samsung G530 Galaxy Grand Prime Dual markalı telefonun qiyməti 199 manatdır və onu onlayn kreditlə sifariş verdikdə aylıq 13 manat ödəməklə almaq olar. Mən də bu telefonu almaq üçün sifariş verdim. Növbəti gün fevralın 16-da “Baku Electronics” şirkətinin əməkdaşı mənimlə əlaqə saxlayaraq sifarişi təsdiqləməyimi soruşdu. Mən də “bəli” dedikdən sonra şirkətin əməkdaşı bildirdi ki, gün ərzində, ya da sabah sizinlə kredit mütəxəssisi əlaqə saxlayacaq. Mən gözləsəm də nə həmin gün, nə də fevralın 17-si mənimlə əlaqə saxladılar. Nəhayət mən şirkətlə əlaqə saxlamaq qərarına gəldim. Şirkətin əməkdaşı mənə dedi ki, kredit şöbəsinə məlumat vermişik ,sizinlə əlaqə saxlayacaqlar. Mən yenidən inanaraq gözlədim. Amma bu da yalan oldu və beləliklə fevralın 20-nə kimi hər gün təkrar-təkrar əlaqə saxlasam da eyni sözü eşidərək məni arxayın saldılar və gözlətdilər. Nəhayət mənim dəfələrlə zəngimdən sonra fevralın 20-də şirkətin Əli Yusifov ad-soyadlı əməkdaşı mənimlə əlaqə saxlayaraq şərtlər haqqında yenidən məni məlumatlandırdı və bildirdi ki, sizin sifariş etdiyiniz telefon üçün ilkin ödəniş olaraq 9 manat komisyon haqqı ( hansı ki reklamda komisyon haqqı yox idi ) istədi və aylıq ödənişin 14 manat olduğunu ( reklamda 13 manat yazılmışdı ) və son ay üçün 3 manat ödəyəcəyimi qeyd etdi. Şərtlər reklamda göstərilən şərtlərdən fərqli olsa da razılaşaraq telefonu almaq istədiyimi bildirdim. Mən razılıq verəndən sonra Əli Yusifov məndən şəxsiyyət vəsiqəmin elektron versiyasını və Bakıda yaşayan qohumlardan 3 nəfərin şəhər telefonunun nömrəsini göndərməyimi istədi. Mən də əməkdaşın mənə göndərdiyi ünvanına vəsiqəmin surətini və nömrələri göndərdim. Tələb olunanları göndərdikdən sonra yenidən əlaqə saxladıqda mənə bildirdi ki, fevralın 21-də sizinlə əlaqə saxlayıb telefonu ünvana çatdıracağıq. Ancaq təəsüflər olsun ki, fevralın 21-də mənimlə əlaqə saxlamadılar və mən yenidən əməkdaşın mənə verdiyi nömrəyə zəng edib telefonun nə üçün çatdırılmadığını soruşanda Əli Yusifov dedi ki: “ Deyəsən bugünkü vəziyyətdən xəbəriniz yoxdur. Manatın dəyəri düşübdür artıq”. Mən də öz növbəmdə bunun mənim sifarişimə nə aidiyyətı olduğunu soruşdum. Şirkətin əməkdaşı bildirdi ki, artıq sifarişiniz ləğv olunur… telefonların qiymətində artım var və kampaniya da ləğv olub, artıq faizli kredit veririk (halbuki kampaniya mart ayının 7-nə kimi qüvvədədir). Mən isə sifarişi bir həftə əvvəl verdiyimi, telefonun bu gün mənə çatdırılmalı olduğunu bildirəndə, əməkdaş bildirdi ki, şirkətin rəhbərliyi belə əmr verib, siz rəhbərliklə əlaqə saxlayın. Mən rəhbərliklə əlaqə saxlayıb öz şikayətimi bildirmək istədim. Telefonuma şirkətin Günay adlı əməkdaşı cavab verdi. Günay xanımdan məni rəhbərliklə əlaqələndirməsini xahiş edəndə o, mənə dedi ki, bunu edə bilmərəm ,sizin şikayətinizi qəbul edərək rəhbərliyə çatdıracam. Mən dəfələrlə israr etdikdə Günay xanım telefonu başqa bir Nərmin adlı əməkdaşa verdi və həmin xanım da mənə eyni sözləri təkrar elədi. Mən Nərmin xanımdan “Məni niyə rəhbərliklə əlaqələndirmirsiniz, rəhbərlik vətəndaşlarla əlaqə yaratmağı sizə qadağan edib?” soruşduqda Nərmin xanım bildirdi ki, “sizi rəhbərliklə əlaqələndirməyə icazəmiz yoxdu”. Bu gün fevralın 24-də “Baku Electronics”şirkətinin əməkdaşı Nigar xanım şikayətimlə bağlı mənimlə əlaqə saxlayaraq bildirdi ki, kampaniya müvəqqəti dayandırılıb, telefonun yeni qiyməti isə 249 manatdır, əgər istəsəniz bu şərtlə qeydə alaraq sifarişinizi qəbul edək. Mən də öz növbəmdə bununla razılaşmayaraq iradımı bildirdim ki, mən sifarişi qiymət qalxmamışdan vermişəm və sizin Əli adlı əməkdaşınız da 21 fevralda mənimlə əlaqə saxlayaraq bildirib ki, manatın dəyəri ilə əlaqədar sifarişiniz ləğv olunubdur. Nigar xanım isə Əli Yusifovun dediklərini inkar edərək bildirdi ki, sizə səhv məlumat veriblər, telefonun bahalaşmasının manata heç bir aidiyyatı yoxdur. Bütün bunları görəndən sonra düşünürəm ki, şirkətin 2 əməkdaşının dedikləri bir-birni inkar edirsə, bu şirkətə inanmağa dəyərmi? Qafqaz Xəbər Agentliyi olaraq Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovdan yaranmış vəziyyəti şərh etməyini xahiş etdik: “ Əlbəttə bu halda “Baku Electronics” öz alıcısının istehlakçı hüquqlarını pozmuş ,başqa sözlə desək onu aldatmışdır”. Geri dön |