Ana Sayfa > Xəbər > Gədəbəydə vətəndaşa məxsus evdə partlayış olub - xəsarət alan var
Gədəbəydə vətəndaşa məxsus evdə partlayış olub - xəsarət alan var23-05-2015, 14:25. Yazar: admin |
Gədəbəydə vətəndaşa məxsus evdə partlayış olub, xəsarət alan var. Trend Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbərt verir ki, Gədəbəy şəhərində vətəndaşa məxsus ümumi sahəsi 170 kv.m olan ikimərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsində məişət qazının sızması nəticəsində partlayış hadisəsi baş verib. Partlayış nəticəsində ikinci mərtəbədə 3 otaq və dam örtüyü dağılıb, yanğın hadisəsi olmayıb. Partlayış zamanı 1 nəfər yanıq xəsarəti alıb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. Geri dön |