Ana Sayfa > Xəbər > Qəzənfər Novruzov axtarışda olub?

Qəzənfər Novruzov axtarışda olub?


23-05-2015, 14:21. Yazar: admin
Qəzənfər Novruzov axtarışda olub?
Ötən gün Binəqədi rayonunda baş vermiş yanğın olayına görə, daha bir nəfər həbs olunub. JAM.AZ xəbər verir ki, həbs olunan şəxs 2013-cü ilin sonlarına qədər Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini olmuş Qəzənfər Novruzovdur.

Novruzovun Naxçıvan Muxtar Respublikasının rəhbəri Vasif Talıbovun bacısının əri olduğu deyilir. Həmçinin onun qardaşının Öakı Şəhər Yaşıllaşdırma İdarəsinin rəisi olduğu bildirilir.

Q.Novruzov əvvəllər aptek müdiri, daha sonra Səbayel Rayon İcra Hakimiyyəti başçısının müavini, sonra da Binəqədi rayon icra başçısının müavini vəzifələrində çalışıb.

JAM.AZ-ın əldə etdiyi məlumata görə, Novruzov həmçinin deputat Siyavuş Novruzovun da yaxın qohumudur. Onun haqqında hələ 2014-cü ildə cinayət işinin qaldırıldığına dair də məlumatlar var. Həmin məlumatlara görə, sabiq müavin Binəqədi rayonunda torpaq satışı və onların üzərində mənzillərin tikintisində rüşvət və korrupsiya əməllərinə görə, axtarışa verilib. Həmçinin onun vətəndaşları aldatdığı da qeyd olunur. Onunla bağlı xeyli sayda şikayətlər olub. Ki, elə cinayət işinin də məhz bu səbəbdən başladıldığı vurğulanır.

Lakin müəmmalı səbəbdən həbsi reallaşdırılmayıb. Yanğın olayından sonra isə əsas günahkar olaraq məsuliyyətə cəlb edilib.

Geri dön