Ana Sayfa > Xəbər > “Ən böyük arzum küçədə pizza yeməkdir”- Roma Papası
“Ən böyük arzum küçədə pizza yeməkdir”- Roma Papası14-03-2015, 11:03. Yazar: admin |
Katoliklərin ruhani lideri, Roma papası Fransisk bu vəzifəyə seçilməsinin ikinci ildönümü ilə bağlı müsahibəsində ən böyük arzusunu açıqlayıb. AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, “Televisia” telekanalına müsahibə verən Papa ən böyük arzusunun pizza yemək olduğunu deyib: “Papa olmaqdan çox məmnunam, amma azadlıq, şəhərdə sərbəst gəzmək üçün darıxmışam. Ən böyük arzum bir gün yolda heç kimin məni tanımayacağı şəhərdə gəzib, restorana girib pizza yeməkdir”. Papa qeyd edib ki, səyahət etməyi xoşlamır: “Hər kəsin qıcıqlandığı, narahat olduğu bir hal var, məndə də səfərə çıxmaqdır. Səyahət etməyi heç sevmirəm”. Dini lider tutduğu vəzifədə uzun müddət qalmayacağını güman etdiyini də əlavə edib: “Hiss edirəm ki, Papalığım qısa müddətlikdir. Dörd, ya da beş il, dəqiq bilmirəm. Artıq iki il geridə qalıb. Bu bəlkə də özünü uduzmağa inandırmış, məğlubiyyətə hazır olan, amma qalib gələndə də çox sevinən qumarbaz psixologiyasıdır, amma mən hiss edirəm ki, Tanrı mənə bu vəzifəni qısa müddətlik verib”. Geri dön |