Ana Sayfa > Xəbər > Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə görüşəcəklər

Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə görüşəcəklər


Dünən, 21:25. Yazar: admin


Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə görüşəcəklər.
APA-nın xəbərinə görə, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan “Telegram”-da paylaşım edib.
Sahibə Qafarova və Alen Simonyan arasında görüş oktyabrın 21-də Parlamentlərarası İttifaqın 151-ci assambleyası çərçivəsində baş tutacaq.
Qeyd edək ki, tərəflər sonuncu dəfə 2025-ci ilin aprelində Sankt-Peterburqda görüşüblər.
Geri dön