Ana Sayfa > Xəbər > Soydaşımız Rusiyada şəhər meri seçildi

Soydaşımız Rusiyada şəhər meri seçildi


22-05-2015, 16:55. Yazar: admin
Soydaşımız Rusiyada şəhər meri seçildi
Rusiya Federasiyası Dağıstan Muxtar Respublikasının Dərbənd şəhərinin yeni meri seçilib. Modern.az saytı Rusiya mətbuatına istinadən xəbər verir ki, Dərbənd şəhər Məclisinin bugünkü iclasında keçirilən səsvermədə milliyətcə azərbaycanlı namizəd Azadi Rəhimov mer seçilib.

A,Rəhimov Dağıstanın milli siyasət nazirinin müavini Əlövsət Fərruxovu 1 səs çox toplamaqla qabaqlayıb.

Bu il fevralın 14-də Dərbənddəki torpaq sahələrinin qanunsuz satışı ilə məşğul olduğu üçün istefa verməyə məcbur olan sabiq mer Mövsüm Rəhimov da yenidən öz namizədliyini verəcəyini bəyan etmişdi, amma səsverməyə 15 dəqiqə qalanda geri çəkildi.

Dağıstan mətbutının iddiasına görə, Dağıstanın baş naziri Əbdüsəməd Həmidov seçkidən bir neçə gün qabaq Dərbəndə gələrək bütün namizədlərdən geri çəkilməyi və mer olaraq Azadi Rəhimovun seçliməli olduğunu söyləyib.

Fevralın 15-dən Dərbənd meri səlahiyyətlərini müvəqqəti icra edən Azadi Rəhimov Dağıstanın Tabarsan rayonundakı Darvaq kəndində anadan olub. O, bundan əvvəl Dağıstanın ədliyyə naziri vəzifəsində çalışıb və hazırki Dağıstan rəhbəri Ramazan Abdulatipovun kadrı hesab olunur.

Geri dön