Ana Sayfa > Xəbər / Manşet > Mehriban Əliyeva Müstəqillik Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Mehriban Əliyeva Müstəqillik Günü münasibətilə Azərbaycan xalqını təbrik edib


28-05-2025, 10:00. Yazar: admin


Birinci vitse-prezident Mehriban Əliyeva 28 May - Müstəqillik Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

Vertikal.az Oxu.Az-a istinadla xəbər verir ki, M.Əliyeva bununla bağlı rəsmi "Instagram" hesabında paylaşım edib.

"Əziz həmvətənlər! Müstəqillik Günü münasibətilə sizi təbrik edir, hər birinizə cansağlığı və xoşbəxtlik, ölkəmizə sülh, əmin-amanlıq və tərəqqi arzulayıram! Qoy Azərbaycan dövlət müstəqilliyi əbədi və sarsılmaz olsun! Uca Tanrı Vətənimizi qorusun!" - deyə paylaşımda bildirilib.


Geri dön