Ana Sayfa > Xəbər > Hərbi əlil TSEK-dən nazirə şikayətləndi

Hərbi əlil TSEK-dən nazirə şikayətləndi


22-05-2015, 16:03. Yazar: admin
Hərbi əlil TSEK-dən nazirə şikayətləndi
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümova növbəti müraciət daxil olub.

TİA.AZ-a göndərilən şikayət məktubunda nazir və müavini İlqar Rəhimovdan kömək istənilir.
Elgün Eyvazov Ağcabədidən yazır ki, Laçın rayonundan məcburi köçkündür, müvəqqəti Taxta körpü qəsəbəsində yaşayır. Onun sözlərinə görə, hərbi əlildir, ehtiyatda olan kiçik çavuşdur.
Şikayətçi bildirir ki, 04.07.2013-cü ildən 01.01.2015-ci il tarixədək Silahlı Qüvvələrdə həqiqi hərbi xidmətdə olub: “Təxris olunduqdan sonra Milli Onkologiya Mərkəzində cərahiyyə olunmuşam.

Sonradan şəhadətləndirilmək üçün Mərkəzi Hərbi Kliniki Hospitala göndərildim. Müayinələr bitdikdən sonra Hərbi Həkim Komissiyasının qərarı ilə “XƏSTƏLİKDİR, HƏRBİ XİDMƏT DÖVRÜNDƏ ALINMIŞDIR” səbəb əlaqəsi ilə təsdiq edilib. Mənə Respublika Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən 3-cü qrup hərbi əlillik təyin olunub. Lakin bu düzgün təyin edilməyib. Mənə bu xəstəliyimlə əlaqədar 1-ci və ya 2-ci qrup hərbi əlilik təyin olunmalıdır”.

E.Eyvazov qeyd edir ki, Respublika TSEK-na ciddi göstəriş verilsin: “Ki, mənim hərbi əlillik qrupumun 1-ci və ya 2-ci qrup hərbi əlilik təyin etsinlər. Yuxarıda qeyd etdiklərimi tam şəkildə nəzərə alıb mənə kömək edəcəyinizə inanıram”.

Geri dön