Ana Sayfa > Xəbər > Burun əməliyyatından sonra komaya düşən Nəzrin Mansurova vəfat etdi
Burun əməliyyatından sonra komaya düşən Nəzrin Mansurova vəfat etdiBu gün, 14:27. Yazar: admin |
Burun çəpərindəki əyriliyi aradan qaldırmaq üçün əməliyyat olunan 30 yaşlı Nəzrin Mansurova komadan ayılmayıb və vəfat edib. Bu barədə Oxu.Az-a "Liv Bona Dea Hospital"dan məlumat verib. Bildirilib ki, bir müddət əvvəl komaya düşən Nəzrin Mansurovanın həyatın xilas etmək mümkün olmayıb, o, bir az əvvəl vəfat edib. Xatırladaq ki, yanvarın 3-də cərrah Sənan Mehdiyev tərəfindən keçirilən əməliyyatdan bir gün sonra onun vəziyyəti ağırlaşıb. Qeyd edək ki, bu, cərrah S.Mehdiyevlə bağlı ilk hadisə deyil. 2015-ci ilin martında həmin həkimin əməliyyat etdiyi 18 yaşlı Leyla Mürsəlova klinikada vəfat etmişdi. Ailəsinin uzun müddət davam edən şikayətlərindən sonra hadisə araşdırıldı və S.Mehdiyev 8 ay 23 gün müddətinə azadlıqdan məhrum edildi. Lakin onun azadlıqdan məhrumetmə cəzası əvvəllər barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ilə əvəzləndi və cəzası çəkilmiş hesab olundu. Geri dön |