Ana Sayfa > Xəbər / Manşet > Prezident İlham Əliyev: "Azərbaycan əmin-amanlıq şəraitində yaşayır"

Prezident İlham Əliyev: "Azərbaycan əmin-amanlıq şəraitində yaşayır"


1-01-2025, 02:16. Yazar: admin


"Bu gün dünyada baş verən hadisələr hamımızın gözünün qarşısındadır. Yeni müharibələr, qarşıdurmalar, münaqişələr alovlanır".

Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində söyləyib.

Dünyanın müxtəlif bölgələrində qanlı toqquşmaların davam etdiyini vurğulayan dövlətimizin başçısı deyib: "Azərbaycan isə sülh, əmin-amanlıq, təhlükəsizlik və sabitlik şəraitində yaşayır. Əminəm ki, bundan sonra sabitlik və əmin-amanlıq əbədi olacaqdır".
Geri dön