Ana Sayfa > Xəbər > Mikayıl Cabbarov Turizm İşçiləri Günü ilə bağlı paylaşım edib

Mikayıl Cabbarov Turizm İşçiləri Günü ilə bağlı paylaşım edib


29-09-2024, 10:45. Yazar: admin


"Turizm sahəsi ölkəmizin qeyri-neft sektorunun inkişafına töhfələr verməklə yanaşı, tarixi-mədəni irsimizin və müxtəlif sahələrdə əldə etdiyimiz nailiyyətlərin beynəlxalq platformalarda təqdim edilməsi baxımından da əhəmiyyətli rola malikdir".

Vertikal.az Oxu.Az-a istinadla xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "X" hesabında paylaşım edib:

"Bu gün ölkəmizdə Turizm İşçiləri Günü qeyd olunur. Bu münasibətlə turizm sektorunun təmsilçilərinə təbriklərimizi çatdırır, uğurlar və yeni nailiyyətlər arzulayırıq".
Geri dön