Ana Sayfa > Xəbər > Azərbaycan və Venesuela XİN başçıları COP29 çərçivəsində əməkdaşlığı müzakirə ediblər
Azərbaycan və Venesuela XİN başçıları COP29 çərçivəsində əməkdaşlığı müzakirə ediblər29-09-2024, 10:43. Yazar: admin |
Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində venesuelalı həmkarı İvan Xil Pinto ilə COP29 çərçivəsində əməkdaşlığı müzakirə edib. Vertikal.az Oxu.Az-a istinadla xəbər verir ki, bu barədə Azərbaycanın xarici siyasət idarəsinin mətbuat xidməti bildirib. "Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Venesuelanın xarici işlər naziri İvan Xil Pinto Azərbaycan və Venesuela arasında müxtəlif sahələrdə ikitərəfli və çoxtərəfli münasibətləri, o cümlədən COP29 çərçivəsində əməkdaşlığı müzakirə etmək üçün BMT Baş Assambleyası çərçivəsində görüşüblər", - XİN-in sosial şəbəkə hesabında qeyd olunub. Xatırladaq ki, xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində belaruslu həmkarı Maksim Rıjenkov ilə görüşüb. Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Belarus xarici işlər naziri Maksim Rıjenkov ilə görüşüb. Vertikal.az Oxu.Az-a istinadla xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb Görüşdə Azərbaycan və Belarus arasında mövcud strateji tərəfdaşlıq münasibətlərinin müxtəlif aspektləri ətrafında fikir mübadiləsi aparılıb. Görüş zamanı iki ölkə arasındakı strateji tərəfdaşlıq münasibətlərinin səviyyəsindən məmnunluq ifadə edilərək, yüksək səviyyəli görüşlərin və siyasi dialoqun davam etdirilməsinin yeni əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsi və tərəfdaşlığın keyfiyyətcə yeni səviyyəyə qaldırılması baxımından önəmli olduğu vurğulanıb. Azərbaycan və Belarus arasında münasibətlərin inkişafında iki ölkənin liderləri arasında dialoqun mühüm rol oynadığı diqqətə çatdırılıb, bu istiqamətdə Belarus Prezidentinin işğaldan azad olunmuş ərazilərimizə etdiyi tarixi səfər məmnunluqla xatırlanıb. Bu kimi təmasların mövcud dostluq və əməkdaşlıq münasibətlərinin perspektivlərinin müzakirəsində əhəmiyyətli rol oynadığı qeyd olunub. İqtisadiyyat sahəsinin müxtəlif istiqamətləri, o cümlədən ticarət və investisiyalar üzrə əməkdaşlıq üçün perspektivlərin mövcudluğu, habelə bu imkanlardan istifadənin vacibliyi vurğulanıb. Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Geri dön |