Ana Sayfa > Xəbər > Ceyhun Bayramov Estoniyanın xarici işlər naziri Marqus Tsaxna ilə görüşüb
Ceyhun Bayramov Estoniyanın xarici işlər naziri Marqus Tsaxna ilə görüşüb25-09-2024, 08:13. Yazar: admin |
24 sentyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Estoniya Respublikasının xarici işlər naziri Marqus Tsaxna ilə görüşüb. Vertikal.az APA-ya istinadla xəbər verir ki, görüşdə iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın perspektivləri, habelə postmünaqişə dövründə mövcud regional vəziyyət müzakirə olunub. Tərəflər qarşılıqlı hörmət və faydalı əməkdaşlığa əsaslanan ikitərəfli münasibətlərimizin inkişafına önəm verdiklərini qeyd ediblər. Siyasi dialoqun inkişaf etdirilməsi istiqamətində xarici işlər nazirlərinin müavinləri arasında mütəmadi siyasi məsləhətləşmələrin keçirilməsinin vacibliyi qeyd olunub. Nazir Ceyhun Bayramov, həmçinin ölkəmizin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi çərçivəsində həyata keçirilən tədbirlər barədə qarşı tərəfi ətraflı məlumatlandırıb. Sessiya çərçivəsində Azərbaycanın Estoniya tərəfi ilə əməkdaşlığa hazır olduğu qeyd olunub. Qarşı tərəf postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, o cümlədən Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesi barədə məlumatlandırılıb. Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Geri dön |