Ana Sayfa > Xəbər > Ermənistan parlamentinin 44 günlük müharibənin səbəblərini araşdıran komissiyasının rəyi hazırdır
Ermənistan parlamentinin 44 günlük müharibənin səbəblərini araşdıran komissiyasının rəyi hazırdır6-09-2024, 10:22. Yazar: admin |
Ermənistan parlamentinin 44 günlük müharibənin səbəblərini araşdıran komissiyasının rəyi hazırdır. APA-nın “Sputnik-Armenia”ya istinadən xəbərinə görə, bunu sözü gedən komissiyanın sədri, deputat Andranik Koçaryan deyib. O bildirib ki, sözügedən sənəd parlamentin oktyabrda keçiriləcək qapalı iclasında müzakirəyə çıxarılacaq. A.Koçaryan sənədin ictimaiyyətə açıqlanması məsələsinə də toxunub. O bildirib ki, ölkə əhalisi rəyin yalnız məxfi sayılmayan hissəsi ilə tanış ola biləcək. Geri dön |