Ana Sayfa > Xəbər > Ermənistan silahlı qüvvələri Kəlbəcərdəki mövqelərimizi atəşə tutub

Ermənistan silahlı qüvvələri Kəlbəcərdəki mövqelərimizi atəşə tutub


5-09-2024, 12:32. Yazar: admin


Sentyabrın 5-i saat 09:55 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Zağalı yaşayış məntəqəsi istiqamətindəki mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Zivel yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Vertikal.az APA-ya istinadla xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

"Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb", MN-in məlumatında deyilir.
Geri dön