Ana Sayfa > Xəbər > Mehriban Əliyeva paraatlet Səid Nəcəfzadəni qızıl medal qazanması münasibətilə təbrik edib

Mehriban Əliyeva paraatlet Səid Nəcəfzadəni qızıl medal qazanması münasibətilə təbrik edib


2-09-2024, 15:11. Yazar: admin


Birinci vitse-prezident Mehriban Əliyeva Paraatlet Səid Nəcəfzadəni “Paris-2024” Yay Paralimpiya Oyunlarında qızıl medal qazanması münasibətilə paylaşım edib.

Vertikal.az APA-ya istinadla xəbər verir ki, paylaşımda deyilir:

"Paraatlet Səid Nəcəfzadəni “Paris-2024” Yay Paralimpiya Oyunlarında qızıl medal qazanması münasibətilə təbrik edirəm! Peşəkarlıq və qətiyyət nümayiş etdirən idmançımız Azərbaycan azarkeşlərinin ümidlərini doğrultdu! Çempionu səmimi-qəlbdən təbrik edir, ona yeni nailiyyətlər arzulayıram!"


Geri dön