Ana Sayfa > Xəbər > Xəzərdə ƏMƏLİYYAT: İraqlı cinayətkar yaxalandı

Xəzərdə ƏMƏLİYYAT: İraqlı cinayətkar yaxalandı


3-08-2024, 14:25. Yazar: admin


Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) avqustun 1-i səhər saatlarında Xəzərin cənub hissəsində növbəti uğurlu əməliyyat həyata keçirilib.

Oxu.Az DSX-nın məlumatına istinadən bildirir ki, Sahil Mühafizəsinin sərhəd gəmisi tərəfindən İran İslam Respublikasından şimal istiqamətinə hərəkət edən naməlum üzmə vasitəsi aşkarlanıb. Dərhal təqibetmə əməliyyatına start verilib və sahil nəzarəti bölmələri məlumatlandırılıb. Qarşılıqlı əlaqəli fəaliyyət nəticəsində qaçaqmalçılıq cəhdinin qarşısı alınıb.

Saxlanılan şəxsin 1992-ci il təvəllüdlü İraq vətəndaşı Mahdi Salih Fayzi olduğu müəyyən edilib. O, kiçikhəcmli üzmə vasitəsilə dövlət sərhədini pozaraq Azərbaycan ərazisinə keçməyə cəhd göstərib. Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, son illər ərzində Xəzər dənizində qaçaqmalçılıq hallarına qarşı sərt mübarizə aparılır. Dövlət Sərhəd Xidməti müasir texnologiyalar və peşəkar heyət sayəsində sərhədlərimizin etibarlı mühafizəsini təmin edir.

Xəzərdə ƏMƏLİYYAT: İraqlı cinayətkar yaxalandı
Geri dön