Ana Sayfa > Xəbər > Paris-2024: Azərbaycan avarçəkəni 3-cü olub

Paris-2024: Azərbaycan avarçəkəni 3-cü olub


31-07-2024, 15:18. Yazar: admin


Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü Diana Dımçenko Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti dəfə çıxış edib.

"Report"un turnirə ezam olunmuş əməkdaşı xəbər verir ki, o, 2000 metr məsafəyə fərdi yarışda 7-12-ci yerlər uğrunda mübarizəyə qoşulub.

Dımçenko C/D yarımfinalında altı iştirakçı arasında üçüncü olub. Avarçəkən məsafəni 7 dəqiqə 59.23 saniyəyə qət edib.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
Geri dön