Ana Sayfa > Xəbər > Ermənistanı yandıracaq odun

Ermənistanı yandıracaq odun


22-05-2015, 11:21. Yazar: admin
Ermənistanı yandıracaq odun
Ermənistanda iki alternativ enerji daşıyıcısının - elektrik enerjisinin və təbii qazın qiyməti durmadan artır, daha doğrusu kəskin sıçrayışla artır.

Statistika bildirir ki, ailələrin evi isitmək və yemək hazırlamaq üçün çəkdiyi xərclər 2,6 dəfə artıb.

Məsələ bundadır ki, yoxsul ailələr istifadə etdikləri elektrik enerjisinin və qazın pulunu ödəyə bilmirlər. Erməni nəşrləri bildirir ki, hələ bir neçə il qabaq "Ermənistan energetika şəbəkələri" QSC-nin o vaxtkı rəhbəri elektrik enerjisinin bahalaşa biləcəyi ilə bağlı sualları şərh edərək, bildirmişdi ki, tariflər onsuz da yüksəkdir və onları heç bir halda qaldırmaq olmaz. Bu gün artıq orta tarif iki dəfə artıb. Gözlənilən bahalaşma nəzərə alınmasa belə, bu, respublikanın çox ailəsinin büdcəsinə ciddi zərbə vurur.

Ermənistan əhalisi elektrik enerjisi və qaz istifadəsini azaldır. Məsələn, "mavi yanacağ"ın istifadəsi artıq 36,5% azalıb. Vətəndaşlar kütləvi şəkildə ağaca keçir, baxmayaraq ki, odunu almaq üçün xərclər xeyli artıb. Aydındır ki, elektrik enerjisinin gözlənilən bahalaşması onun istehlakını azaldacaq və odunlara tələbatı artıracaq. Amma onlar da bahalaşır və bir növ çıxılmaz dairə yaranır.

Buna görə də bir sıra ekspertlər proqnozlaşdırır ki, İrəvanda və ölkənin başqa şəhərlərində qış vaxtlarında parklarda və küçələrdə ağacların sayı yetərincə azalacaq. Soyuqdan ölməyəcəklər ki…

İrəvanda isə ölkədə vəziyyəti bu günə salmış günahkarı axtarırlar. Qəzetlər yazır ki, yaxın zamanlarda iqtisadiyyat nazirini işdən çıxaracaqlar, çünki bütün çatışmazlıqları və kəsirləri onun adına yazmaq istəyirlər.

Göründüyü kimi, Şərq tərəfdaşlığının bu gün işini bitirən Riqa sammitinə bağlanan ümidlər puç oldu, halbuki, İrəvanda sammitin dəstəyinə çox ümid edirdi. Təsadüfi deyil ki, bir çox erməni ekspertlər artıq səs-səsə verib oxuyurlar ki, iqtisadi bazası olmayan, yalnız siyasi məzmuna malik "Şərq tərəfdaşlığı" proqramı uzun ömürlü ola bilməz və s… Aydın olur ki, Sarkisyanın Riqaya səfəri Ermənistana Avropa Birliyindən heç bir qrant və maliyyə dəstəyi gətirməyib.

Ümid yalnız rusların strateji tərəfdaşı olan Rusiyaya qalır, amma bu ölkənin də iqtisadiyyatı böhran içindədir. Buna görə də Moskva öz tərəfdaşlarına kredit vermək və maliyyə yardımı etmək işində elə də əliaçıq deyil.

Geri dön