Ana Sayfa > Xəbər > Azərbaycan Ermənistanı СОР29-a dəvət edib

Azərbaycan Ermənistanı СОР29-a dəvət edib


21-07-2024, 23:18. Yazar: admin


Azərbaycan Ermənistanı СОР29-a dəvət edib.

APA-nın “The National”-a istinadən verdiyi xəbərə görə, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bunu Şuşada keçirilən II Qlobal Media Forumuna bildirib.

Hikmət Hacıyev COP29-un Prezidenti Muxtar Babayevin Ermənistan xarici işlər nazirinə rəsmi dəvət məktubu ünvanladığını nəzərə çatdırıb: "Biz Ermənistanı rəsmən COP29-a dəvət etmişik. İki ölkə arasında diplomatik münasibətlərin olmadığı halda bu dəvət Azərbaycanın xoş iradəsini və inklüziv yanaşmasını göstərir. İndi Ermənistan hakimiyyətinin qərar qəbul etməsi zamanı çatıb".


Geri dön