Ana Sayfa > Xəbər > Krım tatarları niyə deportasiya olunub? - ANIM...
Krım tatarları niyə deportasiya olunub? - ANIM...18-06-2024, 09:38. Yazar: admin |
Stalin Krım tatarlarını 18-20 may 1944-cü il tarixində öz tarixi torpaqlarından Özbəkistana köçürüb. Bəhanəsi isə bu olub ki, guya, Krım tatarları bu torpaqlarda qalarlarsa, alman faşistləri ilə əlbir olub SSRİ-yə qarşı vuruşa bilərlər. Halbuki, 1941-ci ildə almanlar tərəfindən işğal olunan Krım 1942-ci ildə tamamən azad edilmişdi. 1944-cü ildə sovet qoşunları artıq Almaniya sərhədlərinə çatmış və iri alman şəhərlərindən biri olan Axeni uğrunda döyüşlər gedirdi. Qısası, Krım ətrafında faşist meyitlərindən başqa heç bir alman qalmamışdı. Dolayısıyla Krım tatarlarının istəsəydilər belə almanların səfinə keçmək şansları yox idi. Deməli, Krım tatarlarının öz yurd-yuvalarından köçürülməsinin tamamilə başqa səbəbi ola bilərdi. Bəs bu səbəb nə idi? Böyük Britaniyada yayımlanan “Independent Arabia” nəşri bu müəmmanın səbəbini I Dünya müharibəsinə qədər götürür. Qəzetin iddiasına görə, İkinci Dünya müharibəsindən ağır iqtisadi böhranla ayrılan Rusiyada amerikan-yəhudi sərmayəsinin dəstəyi ilə çarı devirib sovet rejimi quran Lenin ölkədə quruculuq fəaliyyətinə başlamaq üçün onlardan 20 milyon dollar pul alır. Bunun əvəzində isə sponsorlarına Krımda yəhudi dövləti qurmaq sözü verir. Lakin daha sonra sui-qəsdə məruz qalır və bir müddətdən sonra ölür. Hakimiyyətə gələn Stalin Leninin yəhudi-amerikan sərmayəsinə “verdiyi sözü tutaraq” yəhudilər üçün bir muxtariyyət qurur. Amma harda? - Rusiyanın “it azanı”nda. Şərqdə Xabarovsk, qərbdə Amur vilayəti, cənubda isə Rusiyanı Çindən ayıran Amur çayı sahillərində, sahəsi 170 kvadrat kilometrdən az olan bu Yəhudi muxtariyyəti, təbii ki, Leninin sponsorlarını xeyli təəccübləndirir. 1936-cı ildə qurulan bu vilayətə köçürülən əksər yəhudilər orda yaşamaq istəmir, yenidən əvvəl yaşadıqları məkanlara köçürlər. Hazırda Yəhudi Muxtariyyəti adlansa belə, bu bölgədə cəmi 70 min – 75 min civarında əhali yaşayır və onun cəmi 2%-i yəhudidir. Beləcə, yəhudi –amerikan sərmayəsi ilə Rusiya arasında narazılığın əsası qoyulur. Bu narazılıq II Dünya Savaşına qədər gizli tutulsa da, 1943-cü ildə keçirilən Tehran Konfransında Stalinin önünə qoyulur. ABŞ-ın o zamankı prezidenti Ruzvelt ona ikinci cəbhənin açılmasının mühüm şərtlərindən biri kimi I Dünya Müharibəsində yəhudilərə verdiyi sözü yerinə yetirməyin vacib olduğunu başa salır. İzah edir ki, ABŞ “demokratik ölkə”dir və “ikinci cəbhənin açılması” təklifinin Konqresdən keçməsi üçün Krımda yəhudi muxtariyyəti yaradılmalıdır. Bunun üçün isə ilk növbədə Krım tatarları o ərazilərdən köçürülməlidir. Hekayənin sonrakı hissəsini, gəlin, “Independent Arabia”dan oxuyaq: “Rusiyanın ilk informasiya naziri Poltoranin 1990-cı illərin əvvəllərində Rusiyanın həftəlik “Arqumentı i faktı” (“Faktlar və sübutlar”) qəzetinə müsahibəsində bəzi sənədləri açıqlayıb. Bu sənədlərə görə, Stalin Yuqoslaviya lideri Yusuf Broz Tito ilə onun müavini Milovan Dqilasla görüşüb. Bu görüşdə Stalin Titoya izah edib ki, ABŞ prezidenti Ruzvelt 1943-cü ildə Tehran konfransında onunla danışıb və Krıma yəhudilərin yerləşdirilməsi işinin davam etdirilməsi ilə bağlı daha əvvəl əldə edilmiş razılaşmaya əməl etməyin zəruriliyindən danışıb. Bu layihə “Krım Kaliforniyası” adlanırdı. Ruzvelt yəhudi maliyyə lobbisinin bu məsələdə ona təzyiqlərini davam etdirdiyini bildirib. Üstəlik, o, İkinci Dünya Müharibəsində ABŞ-ın müttəfiqlərinə hərbi dəstək, ərzaq, xammal və enerji təchizatını təmin etmək üçün 1941-ci ilin martında Konqres tərəfindən təsdiqlənmiş Amerika proqramı olan Lend Lease Aktını dayandırmaqla hədələyib. O, həmçinin Almaniyanın Sovet qüvvələrinə hücumunun yükünü yüngülləşdirmək üçün ABŞ-ın nasist Almaniyasına qarşı “ikinci cəbhə” açmayacağını bildirib və ondan tatarların Krım yarımadasından deportasiyası prosesinə başlamasını istəyib. Amerikalılar Stalindən maliyyə hesablarının qiymətini ödəməyi tələb etməyə başlayanda Stalin onlara Krım yarımadasında deyil, Fələstində yəhudilər üçün milli vətən tikintisi ilə bağlı öhdəliklərini yerinə yetirməyə hazır olduğunu bildirib. Stalin Sovet İttifaqının mümkün qədər çox yəhudini Fələstinə köçürməyə, Yəhudi-Amerika Komitəsindən aldığı borcları tutmağa və almanlardan əsir götürülmüş silahlarla onları silahlandırmaya razılaşdığına söz verib. Hətta Çexoslovakiya və Bolqarıstana göstəriş verdi ki, Fələstindəki yəhudiləri oradakı ərəblərlə müharibə aparmaları üçün lazım olan bütün silahlarla təmin etsinlər. Lakin Stalin ABŞ və yəhudi lobbisinin təzyiqlərini davam etdirəcəyindən və SSRİ-ni Krımın təslim edilməsi ilə bağlı əvvəlki vədlərini yerinə yetirməyə məcbur etmək üçün beynəlxalq məhkəmələrə müraciət edəcəyindən ehtiyat edirdi. Onlar Krımdan əlavə, Qara dəniz sahili boyunca Soçi və qərbdə Türkiyənin Abxaziya ilə sərhədinə qədər ətraf şəhərləri, habelə şərqdə Ukraynanın Odessa və Xerson vilayətlərinin ərazisini birləşdirən Krasnodar əyalətlərini ilhaq etməyi planlaşdırırdılar”. Heydər Oğuz - Dia-az.İnfo Geri dön |