Ana Sayfa > Xəbər > Kliniki Tibbi Mərkəz Bakıda yanan binada xəsarət alan 11 xəstənin durumunu açıqladı

Kliniki Tibbi Mərkəz Bakıda yanan binada xəsarət alan 11 xəstənin durumunu açıqladı


22-05-2015, 10:41. Yazar: admin
Kliniki Tibbi Mərkəz Bakıda yanan binada xəsarət alan 11 xəstənin durumunu açıqladı
Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 200/36 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında mayın 19-da baş vermiş yanğın hadisəsi nəticəsində yaralanan şəxslərın vəziyyəti orta ağırdır.

Bunu Trend-ə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bildirib.

Onun sözlərinə görə, hazırda yanğın nəticəsində xəsarət alan 11 xəstə xəstəxanada müalicə edilir: "Onların 8-i böyük, 3-ü isə uşaqdır. Hazırda xəstələrin həyatı üçün təhlükə yoxdur".

A.Maqsudov deyib ki, sabah həkimlərin konsiliumundan sonra bir xəstənin evə buraxılacağı gözlənilir.

Geri dön