Ana Sayfa > Xəbər > Ermənistandan vida mərasiminə Paşinyan ÖZÜ GETDİ
Ermənistandan vida mərasiminə Paşinyan ÖZÜ GETDİ22-05-2024, 10:39. Yazar: admin |
Ermənistan Baş nazir Nikol Paşinyan İrana səfərə gedib. Vertikal.az Axar.az-a istinadla xəbər verir ki, Paşinyan İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian və onların yoldaşlarının vida mərasimində iştirak edəcək. Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Al-Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti 19 mayda Şərqi Azərbaycan vilayətində baş verən helikopter qəzasında həlak olub. Onlarla vida mərasimi bu gün Tehranda keçiriləcək. Geri dön |