Ana Sayfa > Xəbər > Azərbaycan Mərkəzi Bankında təyinat olub - FOTO

Azərbaycan Mərkəzi Bankında təyinat olub - FOTO


15-05-2024, 11:30. Yazar: admin
Azərbaycan Mərkəzi Bankında təyinat olub - FOTO

Azərbaycan Mərkəzi Bankının Maliyyə Sabitliyi Departamentinin direktoruna yeni müavin təyin edilib.

Banker.az xəbər verir ki, Mərkəzi Bankın İdarə Heyətinin qərarına əsasən, bu departamentə Ataxan Həsənov direktor müavini təyin edilib.

O, 2020-ci ilin yanvarından 2024-cü ilin aprelinə qədər adıçəkilən departamentin sturukturunda olan Maliyyə sabitliyinin təhlili və modelləşdirmə şöbəsinin müdiri idi.

Həsənov ali təhsil üzrə Bakı Dövlət Universitetində bakalavr dərəcəsini bitirsə də, magistr dərəcəsini Niderland Krallığında (Erasmus University Rotterdam) iqtisadiyyat və biznes üzrə bitirib.

Maliyyə Sabitiliyi Departamentinin əsasnaməsinə görə, direktor işdə olmadıqda, onun səlahiyyətlərini departament direktorunun müavini, o da işdə olmadıqda rəhbərliyin müvafiq əmri ilə həvalə edilmiş şöbə rəislərindən biri icra edir.

Bu departamentə 2021-ci ildən etibarən Rüstəm Tahirov Şamil oğlu rəhbərlik edir.

Departamentin fəaliyyətinin əsas məqsədi ölkədə maliyyə sektorunun sabitliyini və onun dayanıqlığını müəyyən edən amilləri qiymətləndirmək, sistem risklərini identifikasiya etmək, onların maliyyə sabitliyinə təsirini ölçmək məqsədilə stress-testlər aparmaq, risklərin neytrallaşdırılması üzrə siyasət alətlərini formalaşdırmaq, həyata keçirilən maliyyə sabitliyi siyasətinin təsirlərini təhlil etmək üçün analitik diaqnostika çərçivəsini inkişaf etdirmək, habelə ölkədə maliyyə vasitəçilyinin genişlənməsinə, dərinləşməsinə və effektivliyinin artırılmasına yönəlmiş inkişaf siyasətini müəyyən etməkdən ibarətdir.

Departament bir vaxtlar Maliyyə Bazarlarına Nəzarət Palatasının strukturunda olub və o ləğv edildikdən sonra Mərkəzi Bankın strukturuna keçib.
Geri dön