Ana Sayfa > Xəbər > "Özlərinin elə bil xüsusi tarifləri var..." - GİLEY
"Özlərinin elə bil xüsusi tarifləri var..." - GİLEY15-05-2024, 11:25. Yazar: admin |
"Şikayətim "Starex.az" kargo şirkəti ilə bağlıdır. Vəziyyət çox acınacaqlıdır. Hal- hazırda öz şəxsimin "Starex"lə yaşadığım problemlərbunlardır..." Dia-az.info bildirir ki, bu barədə Şamxal Bağırzadə adlı istifadəçi "Müştəriyəım Şikayətçiyəm" sosial qrupundakı paylaşımında giley edir. Narazı vətəndaş daha sonra üzləşdiyi problemləri aşağıdakı kimi sıralayır: "1) 2 bağlamam 5 gündür sms-i gəlib ki, məhsulumuzu bəyan edin, amma smart customsa düşmür. Amma eyni gündə, Umico ilə vurduğum sifariş düz 1 həftəyə gəlib mənə çatdı. 2) Çağrı mərkəzinə zəng etdim 57 ci adam idim,1 saat gözlədim 1-ci adam olan kimi adboy verdilər. 3) Danışıq haqqı çox yüksəkdir,heç bir tarifə sığmır. Özlərinin elə bil xüsusi tarifi var. 4)Bütün sosial şəbəkələrdən yazdıqda belə, günlərdir cavab verən yoxdur 5)Səhifələrinə girib, postlarının rəylərinə baxsanız yüzlərlə vətəndaşın şikayətinə rast gələrsiniz. Demək olar ki şikayətlərin bütün məzmunu eynidir. :" Zenglere niyə cavab vermirsiz?" " Bağlamam niyə smart customsa düşmür?" "Bağlamam hardadır"? Və s. 6) Bir bağlamam Aprelin 19 -dan gömrükdən çıxdı Starexin anbarında itdi. Düzdür Trendyola yazıb pulumu aldım, amma məhsulu aldığım qiymət ilə indiki qiymətində çox fərq var. Onu düşünən yoxdur. 7) Bəzi bağlamalar poçta gəlir, amma orda olması ilə bağlı sms gəlmir. Nəticədə poçta qalma müddəti keçdikdə, əlavə pul ödəmək məcburiyyətində qalırıq". Daha sonra Ş.Bağırzadə qeyd edir: "Saytlarında məhsulu izləmə xidməti var. Məsələn mənim məhsulum smart customsda may ayının 10-da gömrükdən çıxdığını, daşıyıcının sərəncamına verildiyini göstərir. Amma Starex öz saytında özünə sərf edən şəkildə göstərir, onların saytında hələ də gömrük yoxlanışında olduğunu göstərir. İndiyə qədər heç bir malım 5 gündür gömrük yoxlanışında olmayıb. Belə problemlər çoxdur. Mən sadəcə öz qarşılaşdığım problemləri qeyd etdim. Məhsullarında bağlı problemlərim həll olsun, Starex-lə işləməyəcəm. Belə problemlərlə rastlaşan minlərlə vətəndaş olduğuna əminəm. Necə yəni, ölkədə bunları şikayət edə biləcəyimiz bir qurum, bunlara nəzarət edəcək bir qurum yoxdur. Hər şey çox bərbad vəziyyətdədir". Geri dön |