Ana Sayfa > Xəbər > ABŞ səfiri Rusiyanı tərk edib
ABŞ səfiri Rusiyanı tərk edib7-05-2024, 12:18. Yazar: admin |
ABŞ səfiri Linn Treysi müəyyən müddətə Rusiyanı tərk edib. APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib. O, Vladimir Putinin inaqurasiya mərasiminə qeyri-dost ölkələrin nümayəndələrinin dəvət olunmasını Moskvanın protokola riayət etməsinin “müəyyən siqnalı” adlandırıb. Qeyd edək ki, dünən Fransa səfiri Pyer Levinin Putinin andiçmə mərasiminə qatılacağı haqqında məlumat yayılıb. Geri dön |