Ana Sayfa > Xəbər > Azərbaycanla Qırğız Respublikası arasında COP29-a hazırlıq müzakirə edilib
Azərbaycanla Qırğız Respublikası arasında COP29-a hazırlıq müzakirə edilib6-04-2024, 10:49. Yazar: admin |
Qırğız Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kayrat Osmonaliyev ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib. Vertikal.az Oxu.Az-a istinadla xəbər verir ki, görüşdə iki ölkə arasında ətraf mühitin mühafizəsi sahəsində gələcək əməkdaşlıq imkanları müzakirə edilib, eyni zamanda, ölkəmizin bu il ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasına (COP29) hazırlıqla bağlı fikir mübadiləsi aparılıb. Geri dön |