Ana Sayfa > Xəbər > Fitch: Azərbaycan iqtisadiyyatını şəxaləndirmək üçün vergi siyasətini hərtərəfli nəzərdən keçirəcək
Fitch: Azərbaycan iqtisadiyyatını şəxaləndirmək üçün vergi siyasətini hərtərəfli nəzərdən keçirəcək6-04-2024, 10:46. Yazar: admin |
Azərbaycanda adambaşına düşən ÜDM məzənnə sabitliyi nəzərə alınmaqla 2023-cü ildəki 8 min 612 ABŞ dollarından 2033-cü ildə 16 min 699 ABŞ dollarına kimi yüksələcək. "APA-Economics" xəbər verir ki, bu barədə "Fitch Group"a aid olan "Fitch Solutions" (FS) şirkətinin Azərbaycan iqtisadiyyatı ilə bağlı proqnozunda bildirilib. FS qeyd edib ki, nominal artan gəlirlər və istehlak neft-qaz sektorundan kənarda iqtisadiyyatın diversifikasiyasına müəyyən dəstək verəcək. Bu amillər iqtisadiyyatın uzunmüddətli perspektivdə davamlılığı üçün xüsusi əhəmiyyət kəsb edəcək, çünki enerjidən həddən artıq asılılıq Hollandiya sindromu risklərini artırır. "Fitch Solutions" vurğulayıb ki, Azərbaycan hökuməti iqtisadiyyatın şaxələndirilməsinin zəruriliyini dərk edir və bu riski azaltmaq üçün bir sıra tədbirlər həyata keçirməyi planlaşdırır: "Bunlara qeyri-neft vergi siyasətinin hərtərəfli nəzərdən keçirilməsi, sabit vergi sisteminin tətbiqi və orta ölçülü şirkətlərin inkişafına dəstək üçün aşağı ƏDV-nin tətbiqi daxildir. Bundan əlavə, hökumətin hazırda infrastrukturun, xüsusilə enerji və nəqliyyatın təkmilləşdirilməsi ilə bağlı bir neçə iddialı planları var. Bu amillər iqtisadi artımı dəstəkləyəcək rəqabətqabiliyyətli qeyri-enerji sektorunun inkişafına kömək edəcək". Geri dön |