Ana Sayfa > Xəbər > Aydın Kərimov yenidən Şuşa rayonunda Prezidentin xüsusi nümayəndəsi təyin edilib

Aydın Kərimov yenidən Şuşa rayonunda Prezidentin xüsusi nümayəndəsi təyin edilib


1-04-2024, 14:35. Yazar: admin


Aydın Zöhrab oğlu Kərimov Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.

Vertikal.az APA-ya istinadla xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən “Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 27 yanvar tarixli 2460 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 1, maddə 76 (Cild I) ləğv edilib.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Geri dön