Ana Sayfa > Xəbər > Ərdoğan: Moskvada konsert salonunda törədilən terror aktını şiddətlə qınayıram

Ərdoğan: Moskvada konsert salonunda törədilən terror aktını şiddətlə qınayıram


23-03-2024, 23:05. Yazar: admin


''Ölkəm və millətim adından Moskvada konsert salonunda törədilən terror aktına görə Rusiya hökumətinə başsağlığı verir və hücumu şiddətlə qınayıram”.

Vertikal.az APA-ya istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada AK Partinin keçirdiyi mitinqdə çıxışı zamanı deyib.

“Terror kimdən gəlirsə, törədənin kim olmasından asılı olmayaraq qəbuledilməzdir. Terrorun qanlı, xain üzünü çox yaxşı bilən bir ölkə olaraq biz rus xalqının ağrısını paylaşırıq”, o deyib.
Geri dön