Ana Sayfa > Xəbər > Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolu gələn il istifadəyə veriləcək

Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolu gələn il istifadəyə veriləcək


22-02-2024, 12:20. Yazar: admin


Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun yenidən qurulması 2025-ci ilin yazında tamamlanacaq.

Vertikal.az "APA-Economics"-ə istinadla xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə heyətinin sədri Saleh Məmmədov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, hazırda qeyd olunan layihə üzrə işlər davam etdirilir və gələn ilin mart ayına qədər yekunlaşdırılacaq.

"Muğanlı dairəsindən Qəbələ istiqamətində olan dörd hərəkət zolaqlı yol istismara veriləcək”, - Saleh Məmmədov qeyd edib.
Geri dön