Ana Sayfa > Xəbər > Ərdoğan Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanacağına ümid edir

Ərdoğan Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanacağına ümid edir


7-02-2024, 21:32. Yazar: admin


Qardaş Azərbaycan xalqı tərəfindən yenidən lider seçilməyinizin təkcə ölkələrimiz arasındakı bənzərsiz münasibətlər baxımından deyil, bölgəmizin uzun illərdir ehtiyac duyduğu sülh və sabitliyin bərqərar olması baxımından da böyük bir nailiyyət olduğunu düşünürəm.

Vertikal.az APA-ya istinadla xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan dövlət başçısı İlham Əliyevə göndərdiyi təbrik məktubunda deyilir.

“Bu baxımdan müzəffər lider kimi seçkiləri uğurla başa vurmağınızdan sonra böyük əmək sərf etdiyiniz Ermənistanla müzakirələrin də sülh müqaviləsinin imzalanması ilə nəticələnəcəyinə ümid edirəm”, - Ərdoğan qeyd edib.
Geri dön