Ana Sayfa > Xəbər > Vali: Kahramanmaraşın Azərbaycan Bulvarında binaların inşası 2024-cü ilin sonunadək yekunlaşacaq
Vali: Kahramanmaraşın Azərbaycan Bulvarında binaların inşası 2024-cü ilin sonunadək yekunlaşacaq4-02-2024, 20:41. Yazar: admin |
Türkiyənin cənub-şərqində baş verən zəlzələ zamanı ən çox dağıntıların olduğu şəhərlərdən biri olan Kahramanmaraşın Azərbaycan Bulvarında yerləşən yaşayış binalarının inşasının 2024-cü ilin sonunadək yekunlaşması gözlənilir. Bunu APA-nın zəlzələ bölgəsinə ezam olunmuş Türkiyə müxbirinə açıqlamasında Kahramanmaraşın valisi Mükerrem Ünlüer bildirib. O qeyd edib ki, məhz Azərbaycan Məhəlləsi layihəsi ən tez təhvil veriləcək layihə olacaq: “Bura tamam dağılmışdı. Azərbaycanlı qardaşlarımız bizə dəstək oldu, birlikdə 1 800 tikilinin inşasına başladıq. Bu ərazinin zəmininin gücləndirilməsi prosesindən sonra artıq inşaat işlərinə də start verilib. Məsələn, Heydər Əliyev adına ibtidai sinif məktəbinin inşası yaxın zamanda bitəcək”. Yalnız zəmininin gücləndirilməsi prosesi üçün 40 milyon dolların xərcləndiyini əlavə edən Mükerrem Ünlüer zəlzələdən ziyan görən ərazilərdə yeni binaların inşasına yalnız Azərbaycanın bilavasitə dəstək olduğunu da vurğulayıb. Geri dön |