Ana Sayfa > Xəbər > DİLİMİZİN QALİB SƏRKƏRDƏSİ – İLHAM ƏLİYEV
DİLİMİZİN QALİB SƏRKƏRDƏSİ – İLHAM ƏLİYEV29-01-2024, 23:23. Yazar: admin |
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2003-cü ildə xalqın dəstəyi və böyük sevgisi ilə ilk dəfə hakimiyyətə gəlişindən sonra respublikamız öz inkişafında yeni dövrə qədəm qoymuş, dünyada baş verən mürəkkəb ictimai-siyasi proseslərin təsirinin ölkəmizdən yan keçməməsinə, qlobal təhlükə və təhdidlərə baxmayaraq, Azərbaycan sürətlə inkişaf etmiş, öz hərbi, iqtisadi dayanıqlılığını və siyasi nüfuzunu daha da gücləndirmişdir. Məhz bu qüdərtin və rəşadətin nəticəsi idi ki, 2020-ci ildə Azərbaycan xalqı Vətən müharibəsində öz torpaqlarını düşmən tapdağından xilas etməklə ərazi bütövlüyünü, 2023-cü ildə isə lokal xarakterli uğurlu antiterror əməliyyatları ilə suverenliyini tam bərpa etdi. Bu böyük Zəfər Müzəffər Ordumuzla yanaşı, həm də ana dilimizin Qarabağda tarixi qələbəsi idi. Və təbii ki, bu hərbi-siyasi başarı təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kursun və 20 illik peşəkar prezidentlik fəaliyyətinin nəhəng təntənəsi idi. İlham Əliyevin təkcə dövlət başçısı kimi deyil, həm də adi vətəndaş kimi ana dilinə dərin sevigisi və xüsusi münasibəti onun 44 günlük Vətən müharibəsindəki bütün çıxışlarında: xalqa müraciətlərində və yerli KİV-ə verdiyi müsahibələrində də aydın şəkildə öz əksini tapmışdır. Dərin və mürəkkəb prosesləri böyük istedadla şərh edən və xalqımızın iradəsini nümayiş etdirən bu nitq, heç şübhəsiz, ana dilimizin ən mötəbər qaynaqlarından biri kimi tarixin yaddaşına həkk olunmuşdur. Ali Baş Komandan işğaldan azad olunmuş hər bir ərazimizin adını elə ürəklə çəkirdi ki, televiziya qarşısında əyləşən bütün izləyicilərin diqqətini özündən ayrımırdı, bu sözlər və fikirlər hər kəsdə böyük ruh yüksəkliyi yaradırdı. “Adlarını dəyişdiriblər”, “Biabırçı adlar qoyublar”, -deyib ardınca əsl Lider siması ilə “Mən bu adı dəyişdirdim!” nidasındakı “Mən” isə xüsusi bir “mən” idi və bu, bir şəxsin deyil, bütün xalqın, millətin “Mən”i idi. Bu elə bir mən idi ki, müraciətlərinin sonunda “Biz”ə çevrilirdi: “Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!” Çıxışlarında və yerli informasiya vasitələrinə verdiyi müsahibələrdə İlham Əliyevin professional nitqi, yüksək diplomatik hazırlığı və hazırcavablığı ilə yanaşı digər mühüm cəhətləri ilə kütlələrin diqqətində idi: o rəhbərlik etdiyi ölkənin ərazi bütövlüyü uğrunda apardığı mübarizəyə dair həqiqətlərin bütün detallarını açıq şəkildə bəyan edir, cəsarətli tonla bunu dünyaya çatdırırdı ki, bu reallıqlar hansısa dağıdıcı, separatist maraqların ifadəsi deyil, beynəlxalq tələblərə və sülhün prinsiplərinə söykənən Azərbaycanın haqq-ədalət səsidir. Cənab Prezidentin hər kəlməsi ermənilər barəsində uydurulmuş beynəlxalq mifi darmadağın edir, erməni terrorçularının iç üzünü açıb göstərir, xam xəyallarla yaşayan qondarma rejim rəhbərlərinin qudurğanlığını açıq şəkildə ifşa edirdi. Yenidən respublikamız mühüm tarixi hadisə - növbəti prezident seçkiləri ərəfəsindədir. 2003-cü ildən Azərbaycan xalqının dəstəyi ilə ardıcıl şəkildə Prezident seçilən İlham Əliyev bu gün qalib xalqın igid sərkərdəsi kimi ümumxalq sevgisi qazanaraq ölkəmizin əvəzsiz Liderinə çevrilmişdir. Bu gün bizim səsimiz Onun səsi - Onun səsi xalqın səsidir. O, həm də dilimizin gələcəyi - gələcəyimizin dilidir. Dünyaya bizi duyuran Lideri, yeniləşən Azərbaycanın qurucusunu, Qarabağın memarını 07 ferval 2024-cü il tarixində keçiriləcək Prezident seçkilərində dəstəkləyir, ona uğurlar arzulayırıq. Biz həmişə qalib liderin yanındayıq! Dos.Mətanət Əmrahova
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Geri dön |