Ana Sayfa > Xəbər > Metroda hər səhər 7 dəqiqədən artıq interval BU SƏBƏBDƏN yaranır
Metroda hər səhər 7 dəqiqədən artıq interval BU SƏBƏBDƏN yaranır7-11-2023, 11:57. Yazar: admin |
“Səhər 08:08 radələrində metronun “Azadlıq prospekti" stansiyasından “Həzi Aslanov” istiqamətinə hərəkətdə hər gün 7 dəqiqədən artıq interval yaranır. Sentyabrın 15-də yeni qrafikə keçəndə elan etmişdik ki, sərnişin sıxlığını tənzimləmək üçün səhər pik saatlarda ehtiyat qatarların xəttə buraxılması imkanları çox məhdud olduğundan “Neftçilər” və “Memar Əcəmi” istiqamətlərindən qatarlar geri qaytarılır. Bunun üçün həmin stansiyalarda müvafiq şərait var”. Vertikal.az Musavat.com-a istinadla xəbər verir ki, bunu “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Bəxtiyar Məmmədov “APA-Economics”ə açıqlamasında deyib. O bildirib ki, hər gün belə sıxlıq yarandıqda bir və ya iki dəfə “Memar Əcəmi”də qatarlar geri qaytarılır: “Bu halda interval “Nəsimi”, “Azadlıq” və “Dərnəgül” stansiyalarında iki dəfə artıq olur. Lakin bu o demək deyil ki, sadalanan stansiyalar istiqamətində sərnişin axını nəzarətdə saxlanılmır”. Eyni zamanda “Neftçilər” stansiyasında da eyni mənzərəni görmək mümkündür: “Qatarlar “Neftçilər”dən geri qaytarıldıqda “Həzi Aslanov”dək stansiyalarda intervalın artdığını görə bilərik. Qeyd edim ki, bu, ən effektiv üsullardan biridir”. Geri dön |