Ana Sayfa > Xəbər > Səfərbərlik Xidməti həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları artırılıb

Səfərbərlik Xidməti həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları artırılıb


7-11-2023, 11:44. Yazar: admin


Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları artırılıb.

Vertikal.az APA-ya istinadla xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları orta hesabla 20 faiz artırılsın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görsünlər.

4. Bu Fərman 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.
Geri dön