Ana Sayfa > Xəbər > Qəzzadan çıxarılan azərbaycanlılar ölkəmizə gətirildilər - RƏSMİ + FOTO
Qəzzadan çıxarılan azərbaycanlılar ölkəmizə gətirildilər - RƏSMİ + FOTO7-11-2023, 11:30. Yazar: admin |
![]() “Qəzza zolağının Misirlə sərhəddəki “Rəfah” keçid məntəqəsi vasitəsilə anklavı səkkiz azərbaycanlı tərk edib”. Bunu Oxu.Az-ın sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə bildirib. Onun sözlərinə görə, həmin səkkiz nəfər artıq ölkəmizə gətirilib. ![]() Qeyd edək ki, Qəzza zolağının Sərhəd Mühafizəsi noyabrın 2-də Misirlə sərhəddəki “Rəfah” keçid məntəqəsi vasitəsilə anklavı tərk edə biləcək təxminən 600 nəfərin adı olan siyahı dərc edib. Məlumata görə, siyahıda 596 əcnəbinin və ikili vətəndaşların, o cümlədən 400 ABŞ vətəndaşının adları və pasport məlumatları vardı. Həmin siyahıda Azərbaycan, Belçika, Bəhreyn, Niderland, Macarıstan, İsveçrə və Cənubi Koreya vətəndaşlarının olduğu qeyd edilmişdi. Geri dön |