Ana Sayfa > Xəbər > Hikmət Hacıyev Qarabağdan səfərdən qayıdan beynəlxalq səyyahlarla görüşüb
Hikmət Hacıyev Qarabağdan səfərdən qayıdan beynəlxalq səyyahlarla görüşüb7-11-2023, 11:26. Yazar: admin |
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Qarabağdan səfərdən qayıdan beynəlxalq səyyahlarla görüşüb. Vertikal.az APA-ya istinadla xəbər verir ki, bu barədə Hikmət Hacıyev “X” platformasında qeyd edib. “Qarabağ-2023 Ekspedisiyası” çərçivəsində “Nomadmania Group”un beynəlxalq səyyah və səyyah-bloqçuların işğaldan azad edilmiş Şuşa, Ağdam, Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan və Füzuliyə səfərindən sonra görüşdən, onları Azərbaycanın regional sülh gündəmi, Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması və bərpası, humanitar minatəmizləmə layihələri ilə bağlı məlumatlandırmaqdan məmnunam”, - o deyib. Hikmət Hacıyev beynəlxalq səyyahların Qarabağa və Şərqi Zəngəzura müntəzəm səfərlərini təşkil etdiyinə görə azərbaycanlı səyyah Mehrac Mahmudova təşəkkürünü bildirib. Geri dön |