Ana Sayfa > Xəbər > ABŞ Konqresi Mursinin müdafiəsinə qalxdı

ABŞ Konqresi Mursinin müdafiəsinə qalxdı


21-05-2015, 16:49. Yazar: admin
ABŞ Konqresi Mursinin müdafiəsinə qalxdı
ABŞ Konqresində Misirin keçmiş prezidenti Məhəmməd Mursinin edam cəzasına məhkum edilməsi ilə bağlı müzakirələr keçirilib. Konqres üzvləri Misir məhkəməsinin bu qərarına etiraz ediblər.

Konqresmenlərdən Brenden Boyle Mursiyə verilən cəzaya sərt təpki verib. Boyle bildirib ki, həm Mursi, həm də daha 100 nəfərin edam hökmünə məhkum edilməsi onu çox narahat edir.

Konqres üzvlərindən Ted Yaho isə hesab edir ki, Mursinin edam edilməsi Misirdə qeyri-sabitliyi daha da artıracaq.

Müzakirələr zamanı o da qeyd olunub ki, məhkəmənin edam hökmü çıxarması hüququn aliliyi prinsipinin pozulmasıdır. Və belə bir hökm çıxaran məhkəmə ədaləti bərpa edən orqan funksiyasını yerinə yetirə bilməz(azadliq.info).

Qeyd edək ki, M.Mursi ilə bağlı son qərarı iyunun 2-də Misirdəki Ali Müftilik qəbul edəcək. Müftilik edam hökmünü həm ləğv edə, həm qüvvədə saxlaya bilər.

Geri dön