Ana Sayfa > Xəbər > XİN: Ermənistanın etnik nifrət və çağırışları bu gün də dövlət səviyyəsində davam etdirilir

XİN: Ermənistanın etnik nifrət və çağırışları bu gün də dövlət səviyyəsində davam etdirilir


30-10-2023, 10:48. Yazar: admin


"Ermənistanın etnik nifrət və çağırışları bu gün də dövlət səviyyəsində davam etdirilir".

Vertikal.az APA-ya istinadla xəbər verir ki, bunu xarici işlər nazir müavini Elnur Məmmədov “Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi” hesabatının təqdimatı mərasimində çıxışında deyib.

O bildirib ki, Ermənistan hökümətinin rəsmiləri tərəfindən müxtəlif dövrlərdə səsləndirilən irqçi fikirlərə rast gəlmək olar:

"Təəssüflər olsun ki, bu gün də o fikirlər yayılır. Azərbaycanlılara qarşı zorakı çağırış edənlərin nə fəaliyyəti qadağa edilib, nə də cəzalandırılıb. Əksinə, Ermənistan höküməti tərəfindən onlara dəstək verilib. Halbuki Ermənistan qanunvericiliyində bu kimi şüarları səsləndirilənlər məsuliyyətə cəlb edilə bilər. Lakin Ermənistan bu fikirlərə “söz azadlığı” donu geyindirib”, - deyə Elnur Məmmədov bildirib.
Geri dön