Ana Sayfa > Xəbər > Azərbaycan ordusunun polkovniki Türkiyə Milli Müdafiə Universitetinə təyinat alıb

Azərbaycan ordusunun polkovniki Türkiyə Milli Müdafiə Universitetinə təyinat alıb


19-10-2023, 13:47. Yazar: admin


“Türkiyə Cümhuriyyətinin 100 illiyi” və “Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 100 illiyi” münasibətilə 2023-cü il üçün iki xüsusi təlim nəzərdə tutulub, bunlardan biri artıq başa çatıb.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, bu çərçivədə təlimlərdən birincisi 19 aprel-10 may tarixlərində Türkiyədə keçirilib, ikincisi isə 16-25 oktyabr tarixlərində Azərbaycanda keçiriləcək.

O da bildirilib ki, Kadr mübadiləsi çərçivəsində Azərbaycan Milli Müdafiə Universitetinin prorektoru, polkovnik Rəşad Tahirov Türkiyənin Milli Müdafiə Universitetinə, Türkiyə MMU-nun prorektoru, professor doktor Tələt Canbolat isə bir il müddətinə Azərbaycan Milli Müdafiə Universitetinə təyinat alıb.
Geri dön