Ana Sayfa > Xəbər > Prezident İlham Əliyev İspaniya Kralını təbrik edib

Prezident İlham Əliyev İspaniya Kralını təbrik edib


12-10-2023, 11:24. Yazar: admin


Prezident İlham Əliyev İspaniya Kralı Əlahəzrət VI Felipeyə məktub göndərib.

Vertikal.az APA-ya istinadla xəbər verir ki, məktubda deyilir:

“Əlahəzrət,

İspaniya Krallığının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.

Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost İspaniya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.
Geri dön