Ana Sayfa > Xəbər > Bako Saakyan, Arkadi Qukasyan və David İşxanyan saxlanılaraq Bakıya gətirilib
Bako Saakyan, Arkadi Qukasyan və David İşxanyan saxlanılaraq Bakıya gətirilib3-10-2023, 21:54. Yazar: admin |
Qarabağdakı separatçıların keçmiş “prezident”ləri Arkadi Qukasyan (1997-2007) və Bako Saakyan (2007-2020), “Daşnakasutyun” partiyasının “Qarabağ təmsilçisi” və separatçı rejimin keçmiş parlament sədri David İşxanyan törətdikləri cinayət əməllərinə görə barələrində aparılan cinayət işləri üzrə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılaraq Bakıya gətirilib. Vertikal.az APA-ya istinadla xəbər verir ki, həmin şəxslər illərlə törətdikləri və rəhbərlik etdikləri cinayət əməllərinə görə qanun qarşısında cavab verəcəklər. Qeyd edək ki, 2020-cil sentyabrın 27-də Vətən Müharibəsinin qələbə ilə bitməsindən sonra üçtərəfli bəyanata əsasən həmin ərazilərə və bölgədən Ermənistana gedən Laçın yoluna Rusiyanın hərbi kontingenti nəzarət edib. Bundan sonra Azərbaycan öz qətiyyətli addımlar ataraq separatçıların bütün məkrli planlarını darmadağın edib. Sentyabrın 19-da ordumuzun keçirdiyi lokal antiterror tədbirlərindən sonra separatçı rejim ağ bayraq qaldıraraq özünü buraxmağa məcbur edilib. Onu da qeyd edək ki, 44 günlük müharibədən əvvəl Qukasyan “Bakı bizim ordumuz barədə yaxşı təsəvvürə malikdir və müharibə olacağı təqdirdə Azərbaycan yeni ərazilər itirəcək” – deyə iddia etmişdi. Geri dön |